Banner

Putin Trampa Bakı və İrəvan haqda görün nə deyib – Liderlərin dialoqu

Gündəm 26 Oktyabr 2025 14:00 Oxunub 500
Putin Trampa Bakı və İrəvan haqda görün nə deyib – Liderlərin dialoqu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması ilə bağlı söhbətindən danışıb.

Avtosfer.az "Globalinfo"ya istinadla xəbər verir ki, o, Putinlə həmişə əla münasibəti olduğunu qeyd edib.

“Lakin mən bu gün məyusam. Çünki Ukraynada sülhün Yaxın Şərqdəki sülhdən çox daha tez gələcəyini düşünürdüm”, – Ağ Ev rəhbəri deyib.

Tramp bu kontekstdə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmaları da xatırladıb. O, Rusiya Prezidentinin bu barədə ona dediklərini təqdim edib:

“Putin telefonla danışarkən bu barədə mənə dedi ki, “bu, möhtəşəmdir, çünki hamı bunu bacarmağa çalışdı, amma alınmadı, sən isə bacardın”. Bəli, mən buna nail oldum”.

Donald Tramp həmçinin öz vasitəçiliyi ilə dayandırılmış digər münaqişələrdən də danışıb. O bildirib ki, bu münaqişələri həll etməyin Rusiya və Ukrayna arasındakı qarşıdurmadan daha çətin olduğunu düşünürdü:

“Hər şey başqa cür alındı. Onların arasında çoxlu nifrət toplanıb. Putin və Zelenski bir-birinə qarşı böyük nifrət bəsləyirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh