Putinin Bakıya göndərdiyi tanklar – FOTO+VİDEO

Rusiya 2016-cı ildə Azərbaycana T-90C tanklarının satışını davam etdirib. Avtosfer.az-ın "istipress"-ə istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında deyib. O bildirib ki, Bakı və Moskva arasında T-90C tanklarının satışı ilə bağlı razılıq 2011-ci ildə əldə olunub. 2014-cü ildə Rusiya Azərbaycana 100 tank göndərib. İkinci partiyada da eyni sayda T-90C tankının Bakıya göndərilməsi nəzərdə tutulurdu. V.Putinin sözlərinə görə, 2016-ci ildə Rusiya xaricə 15 milyard dollar dəyərində silah və hərbi texnika satıb. O bildirib ki, cari ildə Moskva yeni milyardlıq müqavilələr imzalamağı planlaşdırır. T-90 Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-ın M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










