Qaçırılan nişanlı qızla bağlı polisdən açıqlama

Cəlilabadın Boyxanlı kəndində 17 yaşlı nişanlı qızın həmkəndlisi tərəfindən qaçırılmasına rayon polis idarəsi münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə idarədən azvision.az-a verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edilib ki, qaçırıldığı deyilən qızın valideynləri tərəfindən polis idarəsinə şikayət daxil olduqdan sonra hadisəyə reaksiya verilib: “Hazırda faktla bağlı istintaq qrupu yaradılıb və iş aparılır. Hadisə yerinə də əməliyyat qrupu göndərilib. Qaçırılan qızın tapılıb ailəsinə təhvil verilməsi istiqamətində əməkdaşlarımız səylə çalışırlar. Qızın hası şəraitdə qaçırılması aparılan araşdırmadan sonra məlum olacaq”.
Qaçırılan qızın əmisi Elşən Dadaşov isə azvision.az-a deyib ki, hazırda polislər ərazidədirlər: “Polisə axşam məlumat vermişdik. Bu gün səhər yenə də idarədə olmuşuq. Orada bizə bildirdilər ki, iş müstəntiqə verilib. Müstəntiq isə Bakıdadır. Sabah qəbuluna gedəcəyik. Hazırda iki polis əməkdaşı evimizə gəlib”.
E.Dadaşov bildirib ki, 17 yaşlı qızın hara olması haqda polisə məlumat verilib: “Biz onlara qızın aparıldığı yer barədə məlumat verdik. Hətta telefon nömrələrini də təqdim etdik. Bizdə olan məlumata görə, qız hazırda “Köhnə Günəşli” qəsəbəsində, 55 nömrəli avtobusun son dayanacağının yaxınlığında yerləşən ünvanda, oğlanın bacısının evindədir. Ancaq, evin dəqiq ünvanını bilmirk”.
Qeyd edək ki, qızı qaçırılan atası Elşad Dadov polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. İşi aparan polis hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməlidir”.
Məlumat üçün bildirək ki, qaçırılan 17 yaşlı qız öz qohumu ilə nişanlıdır. Onu qaçıran şəxs isə bundan öncə iki dəfə boşanan Zaur adlı şəxsdir.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










