Qadın insanların gözü qarşısında iki kişini bıçaqladı – ANBAAN VİDEO
Gündəm
20 İyun 2020 10:15
Oxunub 946

Rusiyada qadın insanların gözü qarşısında iki kişini bıçaqlayıb. Avtosfer.az xəbər verir ki, REN TV bununla bağlı kadrları yayımlayıb. Hadisə Moskvada “Tsaritsino” metro stansiyanın yaxınlığında baş verib.
Məlumata görə, spirtli içki qəbul edən qadın bir yerdə yaşadığı sevgilisi və onun tanışı ilə dava edib. Münaqişə vaxtı o, kişiləri bıçaqlayıb. Yaralılardan biri aldığı zərbələrdən hadisə yerində keçinib. Digəri isə xəstəxanada həyatını itirib.
Artıq şübhəli saxlanılıb. Onun barəsində “iki və daha artıq insanı öldürmə” maddəsi ilə cinayət işi açılıb.
İstintaq davam edir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













