Qadın Milli Qəhrəmanların üçüncüsü - FOTO

Qəzaya uğrayan AZAL təyyarəsinin uçuş heyətinin 3 üzvü Prezident İlham Əliyevin 29 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü. Onların içərisində bir qadın da yer alırdı: stüardessa Hökumə Əliyeva.
Avtosfer.az xəbər verir ki, Hökumə Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüş üçüncü qadındır. Bu ali mükafatla təltif edilən ilk qadın Salatın Əsgərova olub. “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olan Salatın 1991-ci ildə peşə borcunu yerinə yetirən zaman Laçın rayonunda ermənilər tərəfindən şəhid edilib. O, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu yüksək ada layiq görülən ikinci qadın isə Tibb Universitetinin məzunu Gültəkin Əsgərova oldu. O da yaralı əsgərlərə tibbi yardım edərkən 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb. Bir il sonra isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Nəhayət, bu adı daşıyan sonuncu qadın AZAL-ın stüardessası Hökumə Əliyeva oldu. Salatın və Gültəkinin qəhrəmanlıqları barədə xaricdə deyil, hətta Azərbaycanın özündə də insanlar gec və qıt şəkildə məlumat əldə etdilər ki, bu da başadüşüləndir. Ölkəmiz həmin dövrdə informasiya blokadasında idi.
Hökumənin qəhrəmanlığını, ölümün gözünə dik baxmağını, ən ağır anlarda belə təmkinini pozmamasını bütün dünya gördü.
Bu bəlkə bir təsadüf, bəlkə də bir zərurətdir ki, o, Salatının şəhid edildiyi ildə dünyaya göz açıb. Bunun adı bir ölüb, min dirilməkdir.
Dahi Nizaminin “İsgəndərnamə”sində Azərbaycan hökmdarı Nüşabə dünyanı lərzəyə salan Makedoniyalı İsgəndərə belə deyir:
“Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz”.
Azərbaycan qadını bütün ağır dövrlərdə şeyx Nizamini haqlı çıxarıb.
Vüqar



İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Günəşdə ikinci güclü partlayış olub
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! - Sabahdan…
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma gücü 5 dəfə artırıldı – ADY sədri
Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? – Ekspert AÇIQLADI - VİDEO
Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR








