Qadın polislərlə bağlı - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl “qafqazinfo”da yayımlanmış, güc strukturlarında qadın polislərin azlığından bəhs edən yazıya reaksiya verib. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə “qafqazinfo”ya açıqlamasında xatırladıb ki, uzun müddətdir polisdə xidmətə qəbul “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir və mövcud qanunvericilik qəbulun digər üsulla həyata keçirilməsini istisna edir.
O, əlavə edib ki, Daxili İşlər Nazirliyi sistemində qadınların və kişilərin bərabər sayda təmsil olunmamasının obyektiv səbəbləri var: “Daxili işlər orqanlarında fəaliyyətin başlıca istiqamətlərini cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarıb tutmaq, ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək və s. kimi çətin və ağır vəzifələrin təşkil etməsi, qanunla müəyyən edilmiş funksiyaların isə sutka ərzində fasiləsiz həyata keçirilməsi baxımından qadınların sayının kişilərə nisbətən az olması təbiidir”.
Orxan Mansurzadə hazırda respublikada fəaliyyət göstərən qadın polislərin sayını açıqlayıb: “Daxili işlər orqanlarında ümumilikdə 3000-ə yaxın qadın xidmət aparır ki, bu da iddiaların əksinə olaraq, şəxsi heyətin ümumi sayının 3,5 faizini deyil, bu rəqəmdən az qala 3 dəfə çoxunu, yəni 10 faizini təşkil edir və bu göstərici ilbəil artır.
Ölkəmizdə qadın əməkdaşların sayının şəxsi heyətin sayına nisbəti nəinki postsovet məkanındakı ölkələr, həmçinin Qərbin bir sıra inkişaf etmiş dövlətləri ilə müqayisədə ya təxminən eyni səviyyədədir, ya da onlardakı göstəricilərdən bir qədər artıqdır. Qeyd etdiyimiz kimi, respublika daxili işlər orqanlarında çalışan qadın əməkdaşlar şəxsi heyətin 10 %-ni təşkil etdiyi halda, məsələn, Fransada bu rəqəm 11%, İspaniyada 10%, İtaliyada 6%, Portuqaliyada 7,3%, dost və qardaş ölkə olan Türkiyədə isə 4%-dir”.
Şöbə rəisi bildirib ki, DİN sistemində qadınlar iddia edildiyi kimi, yalnız kargüzarlıq və informasiya texnologiyaları sahələrində yox, əməliyyat-xidməti fəaliyyətin az qala bütün sahələrində çalışırlar:
“Onlar qeyd olunan katiblik, informasiya-kommunikasiya, kadr, pasport, tibb, maliyyə-plan, əməliyyat-statistik informasiya, son illərin bəhrəsi olan "ASAN xidmət" mərkəzlərindən, «102 xidməti" zəng mərkəzi sahələrindən tutmuş, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, istintaq və təhqiqat, cinayət axtarışı, kriminalistik-tədqiqatlar, hətta post-patrul xidməti sahələrində də kişi əməkdaşlarla bərabər çiyin-çiyinə uğurla fəaliyyət göstərirlər.
Hazırda "ASAN xidmət" mərkəzlərində çalışan əməkdaşlarımızın 72,2 %-ni, «102 xidməti" zəng mərkəzi sistemində işləyənlərin 84,1 %-ni, "Təhlükəsiz şəhərdə"də xidmət aparanların 51 %-ni, eyni zamanda, tibb xidmətində çalışanların 74,7 %-ni, katiblikdə işləyənlərin 71,8 %-ni məhz qadınlar təşkil edir. Bu gün qadın əməkdaşlar DİO-da tutduqları ən müxtəlif vəzifələrdə, o cümlədən idarə rəisi, idarə rəisinin köməkçisi, poliklinika rəisi, xidmət, şöbə, bölmə və hissə rəisləri kimi rəhbər vəzifələrdə də işin öhdəsindən bacarıqla və peşəkarlıqla gəlməklə cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasına öz layiqli töhfələrini verirlər”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










