Qadın sərnişini təhqir edən taksi sürücüsü CƏZALANDIRILDI - RƏSMİ

2 gün əvvəl Bakıda taksi sürücülərindən biri tərəfindən sərnişinlərə qarşı kobud rəftar narazılığa səbəb olmuşdu. Sosial şəbəkələrdə taksi sürücüsünün sərnişinə qarşı kobud davranışı əks olunan video yayılıb. Sürücü 3 yaşlı uşağın ayaqqabısı oturacağa toxunduğu üçün sərnişini təhqir edib.
Uşağın oturacağı çirkləndirməsi ilə əlaqədar sürücü uşağın valideyninə qarşı “mən sənin nökərinəmmi, adam kimi otur maşında” deyir. Daha sonra sərnişin onun uşaq olduğunu deyib sürücüyə “qardaş” deyə müraciət edir. Sürücü isə “mən qardaşın deyiləm sənin” deyib sərt reaksiya verir. Bütün dialoq sərnişin tərəfindən qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar bununla əlaqədar sosial şəbəkələrdə həmin sürücünün davranışlarından narazılıqlarını ifadə ediblər. Bununla bağlı aidiyyəti qurumların dərhal tədbir görməli olduğunu vurğulayıblar.

Mövzu ilə əlaqədar Avtosfer.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən açıqlamada bildirilib ki, yayılan video ilə bağlı AYNA tərəfindən araşdırılma aparılıb və taksi sürücüsü daşımalardan kənarlaşdırılıb.
Qeyd edək ki, belə hallar qəbuledilməzdir və bu cür hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən xahiş olunur ki, bu kimi hallarla qarşılaşdığı təqdirdə, “141” Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.
Səfər
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












