Qadın sevgilisi ilə birgə ərini döyüb qaçdı - Ağsuda

Ağsu rayon sakini döyülüb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Nöydü yolunun kənarında qeydə alınıb. Ağsu şəhərinin Xanlar küçəsindəki 2 saylı evdə yaşayan 1982-ci il təvəllüdlü Şükürov Zahir Malik oğlu həyat yoldaşı 1985-ci Məmmədova Raya Arif qızının gecə saatlarında evdən çıxaraq naməlum istiqamətə getdiyini görüb. O, dərhal qadının arxasınca küçəyə çıxaraq həyat yoldaşını izləyib. Məlumata görə, Raya Məmmədovanı Ağsu-Nöydü avtomobil yolunun kənarında dayanmış avtomobilinə oturaraq gedərkən Zahir Şükürov onların qarşısını kəsib. Raya Məmmədova və avtomobili idarə edən kişi Zahir Şükürovu ayaq və yumruq zərbələri, küt alətlə döyərək yolun kənarına atıblar və hadisə yerindən qaçıblar. Zahir Şükürova Ağsu Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
Hazırda Ağsu rayon Polis Şöbəsinin əməkdaşları Zahir Şükürova müxtəlif bədən xəsarətləri yetirən Raya Məmmədovanı və onun qoşulub getdiyi naməlum şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












