Qadın sürücülərə sürpriz ediləcək? - 8 Mart günü münasibətilə

Bu il 8 Mart günü yol polisi tərəfindən qadın sürücülərə sürpriz ediləcəyi hələlik gözlənilmir. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindəki mənbələrdən bildiriblər. Eyni zamanda qeyd edilib ki, yol polisləri Bakıda səfərdə olan yüksək vəzifəli xarici qonaqların paytaxt yollarında hərəkətinin təhlükəsizliyini təmin edəcəklər. Lakin bunun son qərar olmadığı, qadın sürücülərə hər an sürpriz edilə biləcəyi də istisna edilməyib.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirilirdi. Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə tam əməl edən xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edirdilər.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












