Qadını evinin önündə döyərək çantasını alıb qaçdı - sonunda yaxalandı

Qadına qarşı quldurluq edən şəxs saxlanılıb. Daxili İşər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 24-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.
Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün axşam saatlarında naməlum şəxsin Bakı şəhər sakini İ.Mirzəyevanı Q.Şərq küçəsində yaşadığı binanın qarşısında döyərək içərisində 475 manat, 89 ABŞ dolları, 60 avro və sənədləri olan çantasını götürərək qaçdığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
Araşdırmalarla onun Salyan rayon sakini Şahin Məmmədov olması müəyyən edilib. Quldurluq yolu ilə əldə etdiyi çanta maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












