Qadını xilas edərkən huşunu itirən polisdən xəbər var

Ötən həftə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada iki qadının həyatını xilas edən polisdən xəbər var. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis kiçik serjantı Əkrəm Dərxot hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilib. O A. Heydərəov adına Respublika Hospitalında bir gecə qalıb. Səhəri gün isə öz xahişi ilə yenidən Post Patrul Xidmətində işini davam etdirib. Səhhəti yaxşıdır. Xatırladaq ki, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












