Qadının 100 manatını alıb qaçarkən yaxalandı - FOTO

İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Xətai rayonu ərazisində baş verib. Belə ki, 28 senytabr 2017-ci il tarixində metronun “Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.
Dərhal manqa komandiri polis baş serjantı Babək Sadıqov və xidmətdə olan digər patrul nəfərləri tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları həyata keçirilib. Qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs polisin çevikliyi sayəsində qısa zamanda zərərsizləşdirilib. Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.
Elmin
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!
Sabah metroda qatarların qrafiki dəyişəcək












