Qadının daxili orqanından görün nələr çıxdı: hava limanında – FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama başlamazdan əvvəl vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı bir əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 18 ədəd kulon, 22 ədəd üzük, 17 ədəd sırğa cütü, 5 ədəd tək sırğa, 3 ədəd boyunbağı, 3 ədəd sırğa-üzük dəsti, 4 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti və 3 ədəd qolbağı çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 254,26 qram olan və 583/585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










