Qadınlar üçün xüsusi taksilər fəaliyyətə başlayacaq

Oman sultanlğının küçələrində zərif cinsin nümayəndələrini daşımaq üçün qadın taksi sürücüləri fəaliyyətə başlayıblar. "Report" xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb. Məlumata görə, Omanın Yol Polisi Departamenti hələ yanvarın sonlarında ölkədə qadınlara taksi və yük avtomobilləri idarə etməyə icazə veriləcəyini bildirib. Polisin xəbərində deyilirdi, bu təşəbbüs Oman hökumətinin qadınların biznesdə və işdə eyni hüquqlarla bolgüsü üzrə siyasətinin hissəsidir. Omanda qadınlar üçün nəzərdə tutulan taksi avtomobilləri qara narıncı rəngli maşınlardan çəhrayı, mavi və ağ rənglə seçiləcəklər. Ölkə qadınları taksi sürmək hüququ barədə xəbəri sevinclə qarşılayıblar. Qadınlar hesab edirlər ki, bu, taksiləri onlar üçün daha çox təhlükəsiz edəcək və pulu qazanmağa imkan verəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












