Qadınları soyan şəxs tutuldu: "Metronun üstündə gördüm" - VİDEO

Qadınlara qənim kəsilən oğru yaxalanıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, iyul ayının 6-ı və 7-də Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında naməlum şəxs Bakı şəhər sakini olan iki qadına qarşı zor tətbiq edərək onların qızıl boyunbağısını götürüb və hadisə yerindən qaçıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Rzayev saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxs ifadəsi zamanı soyğunçuluq yolu ilə əldə etdiyi boyunbağıları qızıl qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Vüsal Rzayev (saxlanılan şəxs): "Həmin qadınları metronun üstündə təsadüfən gördüm. Boyunbağını boynundan çəkib qaçmışam. Birini Əhmədli metrosunda 360 manata satdım, birini də təhvil verdilər".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-nə müraciət edə bilərlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












