Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatır – FOTO+VİDEO

“Azəravtoyol” ASC uzunluğu 21,6 km olan Qala-Pirallahı avtomobil yolunun tikinti layihəsinin ikinci, 7 km-lik hissəsinin tikinti işlərini yekunlaşdırmaq üzrədir.
“Azəravtoyol”un Mətbuat Katibliyindən Avtosfer.az-a bildirilib ki, I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 km-lik hissəsi 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 34 metr, ayrıcı zolağın eni təhlükəsizlik zolaqları ilə birgə 4 metr, çiyinlərin hər birinin eni isə 0,75 metr, bərkidici zolaqlarla birgə 3,75 metrdir. Zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün 1.5-2 metr enində piyada səkiləri də inşa edilib.
Tikinti layihəsinə uyğun olaraq yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 sm, qırmadaşlı əsas layın qalınlığı isə 27 sm-dir. Bundan başqa, bitumlu əsas lay 15 sm, əlaqələndirici qat 8 sm, aşınma qat da 4 sm olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 sm-dir.
Layihə çərçivəsində yol boyu müasir işıqlandırma sistemi qurulacaq, zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Xatıqladaq ki, layihə üzrə 2014-cü ildə Qala-Pirallahı avtomobil yolunun tikintisi işləri Pirallahı istiqamətində aparılıb. Bu yolda tikinti işləri 7-ci km-lik hissədən başlanıb və 21,6-cı km-lik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib istifadəyə verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

















