Qala-Pirallahı yolunda pərakəndə nişan tələbi: "Sürəti hansına uyğun seçək?" - VİDEO

Bakıda, Qala-Pirallahı yolunda nişanların pərakəndə və ziddiyyətli şəkildə quraşdırılması sürücüləri çətin vəziyyətdə qoyub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb. Görüntülərdə yolun kiçik bir hissəsində sürət məhdudiyyətini müxtəlif rəqəmlərlə göstərən yol nişanlarının yerləşdirildiyi əks olunub. Bildirilib ki, həmin ərazidə həm sürətin saatda 90 km olduğunu göstərən radar mövcuddur, həm də ardıcıl olaraq 60 və 80 km/saat sürət həddini göstərən yol nişanları quraşdırılıb. Bu cür ziddiyyətli nişanlanma isə həm yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərir, həm də cərimə riski yaradır. Şikayətçinin sözlərinə görə, radarın təxminən 200 metrliyində sürətin saatda 60 km olduğunu bildirən nişan yolun kənarında, görünüşü çətin olan ərazidə yerləşdirilib və gecə saatlarında, demək olar ki, seçilmir. "Bundan başqa, radarın yaxınlığında daha bir 60 km/saat nişanı, ondan bir neçə metr sonra isə 80 km/saat sürət həddini göstərən nişan, bir neçə metr aralıda isə yenidən 60 km/saat nişanı qoyublar. İndi biz sürəti hansı nişana uyğun seçək?" - deyə şikayətçi bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, əraziyə baxış keçiriləcək.
"Qeyd olunan yol sahəsində hərəkət sürəti tətbiq edilən zaman piyadaların və yaşayış sahəsindən çıxan nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsinin artırılması nəzərə alınıb.
"Təhlükəsizlik məqsədilə sürət həddi saatda 60 km-ə endirilib. Qanunvericiliyə uyğun olaraq sürət nişanları yolun sağ tərəfində təkrarlanaraq quraşdırılıb. Əraziyə baxış keçiriləcək, çatışmazlıq olduğu təqdirdə problem aradan qaldırılacaq", - deyə T.Orucov vurğulayıb.
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı










