Qalmaqallı qəzaya görə həbs edilən "Maqa" ilə bağlı FHN-dən AÇIQLAMA

Bu gün bəzi kütləvi informasiya vasitələrində Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə yarışa çıxdığı üçün haqqında bir aylıq inzibati həbs qərarı verilən Mirməhəmməd İsmayılovun Fövqəladə Hallar Nazirliyinin akademiyasında oxuduğu və bu hadisəyə qədər də nazirliyin əməkdaşı olduğu barədə məlumat yayılıb. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildirilir ki, M. İsmayılov 2012-ci ildə həqiqətən də FHN-nin akademiyasına qəbul olmaq üçün sənədlərini təqdim edib. Lakin o, Akademiyaya qəbul olmaq üçün qabiliyyət imtahanından keçsə də, test imtahanından keçə bilməyib. Nəticədə M.İsmayılov nazirliyin akademiyasına qəbul olmaq hüququ əldə etə bilməyib.
Nazirlikdən o da qeyd edilib ki, həmçinin, M.İsmayılov heç bir zaman FHN sistemində hər hansı işdə işləməyib.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO










