Qanunsuz ev tikənlər su, qaz və işıqsız qalacaq - VİDEO

Xəbər verdiyimiz kimi, icazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur.
Bununla bağlı "Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik təklif edilir. Milli Məclisin '' Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi''nin sədri Sadiq Qurbanov bildirib ki, qanunvericiliyin tələblərinə əməl etmədən tikilmiş və ya tikilməkdə olan obyektlərin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasına dair məsuliyyət müəyyənləşir.
İcazəsiz tikinti aparan şəxslər üçün 2 ildək müəyyən vəzifə tutma fəaliyyətindən məhrum etmə, 1 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu cür tikililərdə qaz, su, elektrik və kanalizasiya təchizatı müəssisələrinin vəzifəli şəxsləri qanunsuz qoşulmaya görə 2 min manatdan - 4 min manatadək məbləğdə cərimə, 3 ildək vəzifə tutma hüququndan məhrum edilmə, 2 ilədək azadlıqdan məhrum etmə ilə cazalandırılacaqlar.
Komitə sədri bildirb ki, qanunsuz qoşulmaların sayı kifayət qədər çoxdur, bununla yanaşı yeni gəcəqonduların da sayı artır. Qanunsuz tikililərin və qoşulmaların qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanır. Bu layihə vahid bazadan tikinti işlərinə nəzarət etməyə imkan verəcək.
Təklif edilən dəyişiklik milli məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










