Qanunsuz işləyən avtobusların Sumqayıta girişi qadağan olundu - 15 sürücü cərimələndi - VİDEO

Sumqayıta marşurut avtobuslarının girişinə qadağa qoyulub. Söhbət yaxın qəsəbələrdən və Xırdalan şəhərindən Sumqayıta işləyən marşuturlardan gedir. İcazə verilmədiyindən avtobusdan düşürülən sərnişinlər xeyli vaxt şəhərin girişində gözləməli olublar. Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, bu qadağa şəhərin nəqliyyatı sisteminin təkminləşdirilməsinə xidmət edir.
Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb.
Bu gün səhər saatlarından etibarən 985 , 12b , 522 və 12 saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər uzun muddət marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobuslarının isə bir qismi cərimə meydançalarına aparılıb.
Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, sakinlər 2 nömrəli marşurutlara mindirlərək Sumqayıta gətirilir. Saray və Xırdalandan gələnlər isə Saray körpüsü adlanan ərazidə düşürdülür.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindənbildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib. "Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onların şəhərə buraxılmamasına qərar verilib . Bildirildi ki, həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə giriş birdəfəlik qadağan ediləcək".
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, bu gün davam reydlər nəticəsində şəhər ərazisində qanunsuz sərnişindaşıma ilə məşğul olan daha 15 avtobus sürücüsü barəsində inzibati protokol tərtib edilib. Onlardan bir neçəsinin idarə etdiyi mikroavtobuslar standartlara cavab vermədiyi üçün cərimə meydançasına aparılıb.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












