Qanunsuz işləyən sürücülər avtovağzalın ətrafını zəbt edib – FOTO

Gündəm 10 Mart 2016 12:55 Oxunub 1657
Qanunsuz işləyən sürücülər avtovağzalın ətrafını zəbt edib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hüquqi və fiziki şəxslər kütləvi şəkildə vergidən yayınırlar”

Bakıda qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan şəxslər vergidən yayınaraq büdəcəyə külli miqdarda ziyan vurur. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib. Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, ötən ilin oktaybr ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanına əsasən, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək Dövlət Yol Polisinə verilib.

“Artıq 2016-cı ilin martın 1-dən başlayaraq İXM-yə edilmiş dəyişikliklər qüvvəyə minib. Həmin qanuna əsasən, sərnişin daşımaları qaydaları pozan sürücülər Nəqliyyat Nazirliyi tərəfindən yox, DYP tərəfindən cərimələnir.

Lakin hazırda Bakı Beynəlxalq Avtovağzalın qarşısında qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar, eyni zamanda üzərində taksi nişanı olmayan, regionlara adam daşıyanlar, mikroavtobuslar və iritutumlu avtobuslar fəaliyyət göstərirlər.

Qeyd edim ki, son üç ayda rayon yollarında qeydə alınan qəzaların 90 faizi texniki baxışdan keçməyən, qanunsuz sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrin payına düşür. Həmin sürücülər tibbi müayinədən, avtomobilləri isə texniki baxışdan keçmir.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilmiş xüsusi fərqlənmə nişanları həmin sürücülərdən tələb olunmadığı üçün, bu şəxslər məsuliyyətə cəlb olunmadıqlarına görə qanunsuz fəaliyyətlərini davam etdirirlər”, - deyə, o bildirib.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti nümayəndəsinin sözlərinə görə, bunun nəticəsində hazırda Bakı Beynalxalq Avtovağzalın qarşısı qanunsuz fəaliyyət göstərən şəxslərlə doludur:

“Biz mütəmadi olaraq reydlər keçiririk. Hər gün belə vəziyyət müşahidə olunur. Ümid edirik ki, yaxın vaxtlarda həmin şəxslər DYP tərəfindən məsuliyyətə cəlb olunacaqlar”.

Ş.Mehmanqızı, həmçinin qeyd edib ki, yaranan vəziyyətdən sui-istifadə edən hüquqi və fiziki şəxslər, kütləvi şəkildə vergidən yayınırlar:

“Belə ki, 2015-ci ilin oktyabr ayından şəhərsalma, qeyri-müntəzəm sərnişin və yük daşımaları üzrə hüquqi və fiziki şəxslər tərəfindən fəaliyyət üçün 5874 (127 min 980 AZN) ədəd, cari ilin fevral ayında isə cəmi 1578 (92 min 272 AZN) ədəd “Fərqlənmə nişanı” alınıb. Nəticədə “Fərqlənmə nişanı”nın sayı 4296 (35 708 AZN) azalıb. Bu isə dövlət büdcəsinin gəlirlərinin azalması deməkdir”.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh