Qanunsuz parklanma ilə MÜBARİZƏ: “Özbaşınalıqlar olduqca...” – VİDEO

Bakının mərkəzində, dayanma və durmanın qadağan olduğu ərazidə qanunsuz parklanma halları artıb. Bəzi sürücülər tərəfindən bu ərazilərdə avtomobillərin park edilməsi tıxaclara səbəb olmaqla yanaşı, təhlükəli vəziyyət üçün zəmin yaradır. Qanunsuz parklanma edən sürücülərə qarşı cərimələr tətbiq edilsə də, istənilən nəticə əldə olunmur. Şəhər sakinləri, bu problemlə mübarizə üçün daha sərt tədbirlərin görülməsinin tərəfdarıdırlar. Xatırladaq ki, bu kimi problem, xüsusilə nəqliyyat axınının çox olduğu Yasamal rayonunun Abbas Mirzə Şərifzadə 173 küçəsində daha qabarıq formada özünü büruzə verir.
Avtosfer.az xəbər verir ki, sözügedən vəziyyətin qarşısının necə alınmalı olduğu ilə bağlı "Yenicag"a fikirlərini səsləndirən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, özbaşınalıqlar olduqca parklanma məsələsini həll edə bilməyəcəyik. Onun sözlərinə görə, qayda pozan yol hərəkəti iştirakçılarının tənbehi cərimə metodu ilə həyata keçirilir.
“Bu metod qismən də olsa təsirlidir. Lakin elə məsələlər var ki, müəyyən inzibati addımların atılmasına ehtiyac duyulur”, – deyə o bildirib.
Ətraflı tam olaraq videomaterialda:
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA











