Banner

Qanunsuz parklanmalar - İŞBAZLAR KİMLƏRDİR? - EKSPERT DİLƏ GƏLDİ

Gündəm 30 İyun 2021 21:00 Oxunub 1014
Qanunsuz parklanmalar - İŞBAZLAR KİMLƏRDİR? - EKSPERT DİLƏ GƏLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Binaların girişindəki, həyətindəki maşınlar artıq ciddi bir problemə çevrilib. Ona görə də düşünürəm ki, binaların girişi ilə bağlı binaların ətrafında, eləcə də giriş nöqtələrində, həyətlərində avtomobillərin saxlanılmasına ciddi nəzarət edilməlidir". Bu sözləri sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun szölərinə görə, bəzi binaların həyətinə nəinki, yanğınsöndürən maşın, hətta bəzən təcili yardım maşını belə daxil ola bilmir: "Ona görə də bu problem həll olunmalıdır. Bunun həllini də tikinti şirkətlərindən tələb etmək lazımdır. O, şirkətlər ki, vətəndaşı aldadıblar, əvvəldən reklam ediblər ki, həyəti, əyləncə mərkəzi olan, parkinqi olan evlər satılır. Daha sonra məlum olur ki, bunların parkinq üçün nəzərdə tutduğu, qaraj dedikləri yer vətəndaşa pulla satılır. Əyləncə mərkəzi, uşaqların oynaması üçün yerlərin əvəzinə bina tikilib. Tikinti şirkətlərin əksəriyyəti o qədər hərisdirlər ki, onların gözləri doymur. Bir metr boş yer qalan kimi orada da nəsə tikirlər. Təəssüf ki, indiyinə qədər buna nəzarət olunmayıb. Baş Prokurorluq da dünən bununla bağlı məlumat yaydı ki, binaların ətrafında qanunsuz parklanma ilə bağlı ciddi tədbirlər görüləcək".

Elməddin Muradlı həmçinin qeyd edib ki, yanğınsöndürən maşınların giriş-çıxışına mane olan sürücülər barəsində tədbir görüləcək: "Nə üçün Baş Prokurorluq hələ də araşdırma aparmır ki, binaların bu formada xaotik şəkildə bir-birinin içinə girərək tikilməsinə kim icazə verib. Həmin icazə verəni tutub cinayət məsuliyyətinə cəlb edilməlidir ki, digərlərinə də dərs olsun. Çünki bu problem bitməyib. Bu gün də həmin binalar tikilir və bu gün də o problemlər davam edir. Bəla odur ki, bütün qurumlar üzdən gedirlər. Dərindən, kökündən araşdıran yoxdur, tədbir görən yoxdur. Necə olur ki, kasıb bir insan özünə ikiotaqlı ev tikir. 20-yə yaxın qurum gəlir deyir hanı sənin sənədin, burada ev tikmək olmaz, qanunsuzluqdur və s. Amma gözümüzün qarşısında xaotik şəkildə bu boyda göydələnlər tikilir. Tikinti normları, tikinti qaydaları pozulmaqla,yol hərəkəti qaydaları kobud şəkildə pozulmaqla tikilir və bunlara heç kim heçnə demir. İndi ayılıblar ki, bu binalar problem yaradır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh