Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir - AYNA-dan xəbərdarlıq

Bazar günləri istənilən şəxsin - üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq - sürücüdən avtomobilini park edərkən pul tələb etməsi qanunsuzdur, sürücülər belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, dövlət tərəfindən qərar qəbul olunub ki, bazar günləri parklanma ödənişsiz olsun:
"Bu səbəbdən həmin gün istənilən şəxsin - üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq - sürücüdən pul tələb etməsi qanunsuzdur. Bu, sadəcə vətəndaşdan əsassız şəkildə pul tələb etməkdir. Belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. "Azparking" əməkdaşları da mütəmadi olaraq maarifləndirmə işləri aparırlar və artıq əksər vətəndaşlar bilir ki, bazar günləri parklanma pulsuzdur və həmin gün ödəniş tələb edilməsi qanunaziddir. Qanunvericilikdə bununla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub - yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs tədbirləri də tətbiq oluna bilər. Hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq tədbirlər görürlər. Əslində, bu məsələyə "yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi" kimi yanaşmaq lazımdır. Necə ki, kimsə parkın girişində dayanıb sizdən əsassız ödəniş tələb etsə, bu qəbulolunmaz və qanunsuz hesab edilər, eyni yanaşma burada da keçərlidir".
A.Rzayev qeyd edib ki, Bakıda parklanma sistemi son illərdə ciddi şəkildə dəyişib: "İlk növbədə, elektron sistem tətbiq olunub və parklanmanın idarə olunması tamamilə yeni model əsasında qurulub. Hazırda ödənişli parklanmanın tətbiq olunduğu küçələrlə tətbiq olunmadığı əraziləri müqayisə etsək, avtomobillərin daha nizamlı şəkildə park edildiyini görmək mümkündür. Əvvəllər yanlış parklanma halları daha çox müşahidə olunurdu və buna görə cərimələr tətbiq edilirdi. İndi isə sürücülər qaydalara daha çox əməl etdikləri üçün belə hallar xeyli azalıb".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












