Qanunsuz saxlanılan silahlar götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən 1 ədəd “F-1” qumbarası, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan 1 ədəd tapança, 1 ədəd patron darağı və 9 ədəd müxtəlif çaplı patron, Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 5 ədəd patron, Ucar RPŞ-nin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad RPŞ-nin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi götürüblər.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












