Qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən gizli və bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükündə bəyan edilməyən qızıl-zinət əşyalarının olması şübhə doğurub. Bu səbəbdən həmin şəxs sərnişin gömrük yoxlanılmasına dəvət olunub. Yoxlama zamanı, vətəndaşın əl çantalarında və sellofan paketindəki geyim əşyalarının arasında 1 ədəd boyunbağı-qolbaq dəsti, 3 ədəd üzük, 10 cüt sırğa və 8 ədəd kulon aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində isə onun alt geyimində, ayaqqabısının içində və şalvarının balağının qatlanmış yerlərində 45 ədəd boyunbağı, 26 ədəd üzük, 21 cüt sırğa, 19 ədəd qolbaq, 2 ədəd sırğa cütü-üzük dəsti və bundan başqa, qoluna keçirilmiş vəziyyətdə 3 ədəd qolbaq aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 436,62 qram olan, 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT











