Qar avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb - FOTO

Yanvarın 26-da gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan qar yaşayış məntəqələrində avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb. Yolların qardan təmizlənməsinə ağır texnika və canlı qüvvələr cəlb olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Lerik Rayon İcra Hakimiyyətindən Azərtac-a bildiriblər ki, Lerik şəhərində qarın hündürlüyü 20-25, rayonun Orand, Nuravud, Pirəsora, Sorçay ərazilərində isə 25-30 santimetrə çatır. Yardımlı rayonuna yağan qarın hündürlüyü də ucqar kəndlərdə 25-30 santimetr təşkil edir. Cənub bölgəsində havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 6-7 dərəcə şaxta müşahidə olunur. Hər iki rayonda elektrik enerjisi və təbii qazın verilişində problem yaranmayıb. Qeyri-sabit hava şəraitinin yanvarın 29-dək davam edəcəyi proqnozlaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













