Qar Bakıda nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

Bakıya yağan qar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sürət həddi tənzimlənən bütün yollarda yuxarı sürət həddi aşağı salınıb. Aeroport yolunda sürət həddi 60 km/saata endirilib. Paytaxt yollarında asfaltın üzərinə bəzi yerlərdə duz və qum səpilib. Aeroport yolu və bəzi digər əsas yollar istisna olmaqla, əksər küçələrdə avtomobillərin hərəkətində tıxac yaranıb. Paytaxtın müxtəlif yerlərində yüngül avtomobil qəzaları qeydə alınıb. Əksər marşrut avtobusları gecikmələrlə işləyir. 36 saylı marşrut avtobusunun sürücülərindən biri “Report”un əməkdaşına bildirib ki, bu xətt üzrə mövcud 21 avtobusdan yalnız 8-i işləyir: “Qar olduğundan və yollar buz bağladığından sürücülərin əksəriyyəti işə çıxa bilməyib”. Piyada keçidlərində polis əməkdaşları gediş-gəlişdə çətinlik çəkən vətəndaşlara kömək edir. Sosial şəbəkələrdə bununla bağlı fotolar yayılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















