Qar Bakıda yoları bu hala saldı - VİDEO

Avtomobili sürətlə idarə edən sürücülər qəfildən yollarını ya sağa, ya da sola dəyişirlər. Səbəb isə sürücülərin gözləmədikləri halda yolda qarşılaşdıqları çuxurlardır. Görüntülər paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsindəndir. Sürücülərin sözlərinə görə, bir neçə gün əvvəl yağan qardan sonra yolun bir neçə hissəsində asfalt qatı dağılıb, iri çuxurlar əmələ gəlib.
Bənzər vəziyyət Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində də hökm sürür. Burada da qardan sonra yolun xüsusən də hərəkət hissəsində çalalar əmələ gəlib. 3-4 kilometrlik yolda demək olar ki, addımbaşı çuxur var. Bir çoxu da su ilə dolu olduğundan sürücülər xəbərsiz halda avtomobili həmin çuxura salmaqla yolu keçirlər. Bu da təbii ki, avtomobilə böyük ziyan vurur.
Ən acınacaqlı vəziyyət isə Abşeron rayonu Xırdalan şəhərində Heydər Əliyev prospektində yaşanır. Prospektin bir neçə yerində yaranan çuxurlar sürücüləri pis vəziyyətə salıb. Bir çox sürücü avtomobilini çuxura salmamaq üçün əks yola çıxır. Bu da qəza şəraiti yaradır.
Əlacsız qalan sakinlər öz vəsaitləri hesabına ağır texnikanın vasitəsi ilə yaxınlıqdakı təpələrdən torpaq və daş yığaraq çuxurları doldurmağa başlayıblar. Onlar bunu hər il qar yağandan sonra təkrar etdiklərini deyirlər.
''Azəravtoyol'' ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, məsələdən xəbərdardırlar. İki gündür ki, idarənin əməkdaşları asfalt qatı dağılmış yolları siyahıya alaraq təmir etməyə başlayıblar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












