Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib – FOTO - VİDEO

Ötən gün gecə saatlarından etibarən bölgələrdə qar yağması müşahidə olunur.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Qar örtüyünün qalınlaşması və yolun sürüşkən olması səbəbindən xüsusilə sərt döngəli və enişli hissələrdə bir neçə avtomobil yolda qalıb, bəzi nəqliyyat vasitələri isə yoldan çıxıb. Hadisələr nəticəsində ölən və xəsarət alan olmasa da, müxtəlif yol-nəqliyyat qəzaları qeydə alınıb.
Mövcud vəziyyətlə əlaqədar olaraq, hər iki istiqamətdə gediş-gəliş bir müddət xeyli çətinləşib. Polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə gücləndirilmiş rejimdə xidmət aparır, sürücülərə hava şəraitinə uyğun hərəkət etmələri barədə tövsiyələr verilir.
Eyni zamanda, yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub. Qarlı və buz bağlamış yol sahələrinə duz-qum qarışığı səpilir, hərəkətin normal bərpası üçün zəruri tədbirlər görülür. Hazırda yolun açıq saxlanılması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO












