Qar Lerik-Lənkəran yolunda bir sıra problemlər yaradıb

Yanvarın 27-də axşam saatlarından başlayaraq cənub bölgəsinin dağlıq ərazisinə yağan qar Lerik-Lənkəran yolunda bir sıra problemlər yaradıb. Yolda avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədilə əraziyə 43 saylı Lerik Rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Lerik rayonunun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 20-25, şəhərdə isə 10 santimetr təşkil edir. Hazırda yüksək dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcədir. Yağan qar bölgənin yaşayış məntəqələrinə elektrik enerjisinin və təbii qazın verilməsində problem yaratmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonunadək davam edəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












