Qar sürücülərə çətin anlar yaşatdı, yol bağlandı – VİDEO - FOTO

Hava şəraitinin kəskin dəyişməsi Şamaxını qarın əsirinə çevirib. Bu ərazidən keçən magistral yollar buz bağlayıb, bir neçə kəndə gediş-gəlişdə problemlər yaşanıb. Lent.az ARB-yə istinadən xəbər verir ki, yolların qar-buz olması səbəbi ilə xeyli maşın yolda qalıb. Əsas magistrallarda axşam saatlarında vəziyyətin təhlükəli hal alacağı ehtimal olunur. Odur ki, bu yoldan istifadə etməli olan sürücülərə diqqətli və ehtiyyatlı olmaq tövsiyə edilir.
Bakı-Şamaxı-İsmayıllı magistralı, Şamaxı-Ağsu dolayları qar və şaxtalı hava səbəbindən buz bağlayıb. Magistrallarda səhər saatlarında yaranan buzlaşma yol idarəsinin köməkliyi ilə aradan qaldırılıb. Yolda avtomobillərin hərəkətində hələlik hər hansı bir problem yaşanmayıb. Axşam saatlarında şaxtalı hava səbəbindən yollar buz bağlayacaq. DYP idarəsi isə təhlükəli vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib. Qarın əsas çətinlik yaratdığı Şamaxı-Pirqulu yolu isə sürücülər üçün keçilməz olub. Sözügedən yolda səhər saatlarından buzlaşma müşahidə olunub. Yola qum duz qarışığı tökülsə də təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Hazırda Qaleybuğurd, Dəmirçi, Zarat, Pirbəhli və Qızmeydan kəndlərinə gedən yolda buzlaşma səbəbindən hərəkətə qısa fasilələrlə məhdudiyyət qoyulub. Nağarxana kəndindən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıb. Dağlıq kəndlərə 30-40 santimetr qar yağıb. Kənd yollarının bağlanmaması üçün yola qum-duz qarışığı səpilir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT














