“Qara bazar”da dollar satan 5 nəfər tutuldu - FOTO

Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl əməliyyat tədbirləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişi əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə dəmir yolu nəqliyyatı ilə ölkəmizə gələn xarici turistlərin və yerli vətəndaşların vağzal ərazisində sərbəst hərəkətinə maneçilik törədərək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakinləri – Sərdar Musayev, İsmayıl Teyyubov, Əmiraslan Əliyev, Otay Fətəliyev və Xəlil İmanov saxlanılıblar. Həmin şəxslərdən qanunsuz fəaliyyətlərini sübut edən müxtəlif ölkələrin milli valyutaları maddi sübut kimi götürülüb. Qeyd edilən şəxslər barəsində Baş İdarədə müvafiq araşdırmalar davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















