Qara bazarda manatın “evini yıxanlar” - Mərkəzi Bank susur, DİN isə görmür...

Bu gün səhər saatlarından etibarən bir çox abonentlərin mobil nömrəsinə 9944 nömrəsindən dollların qara bazarda alış və satış qiyməti ilə bağlı maraqlı mesaj daxil olub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mesajda Mərkəzi Bankın müəyyən etdiyi məzənnədə dolların alış qiymətinin 1. 6362 olduğu qeyd olunur. Bazarda isə qiymətin 1,785-1,87 arası olduğu vurğulanır.
Sözügedən mesaja bağlı bank üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkə hesabından reaksiya verərək hüquq- mühafizə orqanlarını məsələ ilə dərhal maraqlanmağa çağırıb:
“İndicə 9944 nömrəsindən şəkildəki sms-i almışam. Orada deyilir ki, bazarda dolların alış qiyməti 1,785-1,87 manat arasıdır. Halbuki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manatdır. Məlumdur ki, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4% fərqlənə bilər, yəni 1,7016 ola bilər. Deməli, söhbət banklardan deyil, qara bazardan gedir və belə çıxır ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir (telefon nömrəsi də var: 0124041389) Hər bir halda hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlansa, yaxşı olar”.

Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












