“Qarabağ Azərbaycandır!” devizi altında internet müsabiqəsi keçirilib - FOTO - VİDEO
Gündəm
11 Fevral 2021 19:15

Müdafiə Nazirliyinin dəstəyi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında yeddi nominasiya üzrə hərbi vətənpərvərlik mövzusunda internet müsabiqəsi keçirilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqənin məqsədi işğaldan azad edilmiş torpaqlar uğrunda canlarından keçən döyüşçülərin igidliklərini tərənnüm etmək olub. İnternet istifadəçilərinin böyük marağına səbəb olan müsabiqəyə nominasiyalar üzrə 101 iştirakçı qoşulub.
Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkələrdən də müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçənlər olub. Müsabiqənin keçirildiyi müddət ərzində 300.000-dən çox baxış sayı olub, ümumilikdə 151.000-ə yaxın şəxs səsvermədə iştirak edib. Yeddi nominasiya üzrə həyata keçirilən müsabiqədə onlayn səsvermə nəticəsində 44 nəfər qalib müəyyən edilib.
Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib.



Oxunub : 1394
DİGƏR XƏBƏRLƏR
21 Mart 2026 17:31
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
21 Mart 2026 16:52
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
21 Mart 2026 16:16
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
21 Mart 2026 15:00
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart 2026 09:00
21 Mart - Beynəlxalq Novruz Günüdür
20 Mart 2026 22:00
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
20 Mart 2026 20:12
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
20 Mart 2026 20:00
Dizellə bağlı rəsmi məlumat
20 Mart 2026 19:48
Azərbaycana yaz fəsli daxil olub
20 Mart 2026 18:12
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
20 Mart 2026 15:11
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
20 Mart 2026 08:00
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
ŞƏRH YAZ










