Qarabağ əlili polisə etiraz etdi: Maşınına od vurdu - FOTO-VİDEO

Dekabrın 14-də Qax şəhər sakini, 1-ci qrup Qarabağ əlili Bəxtiyar Bayramov polisə etiraz olaraq şəxsi maşınını yandırıb. Bu barədə məlumat verən Qarabağ əlilinin sözlərinə görə, ona polis tərəfindən yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilsə də, Yol Patrul Xidmətinin rəisi Ayaz adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) cərimənin ləvğ edilməyəcəyini və məhkəməmin qərarını heçə saydığını söyləyib. Nəticədə bir neçə ay get-gələ salınan vətəndaşın cəriməsi 400 manatdan 600 manata yüksəlib. Bəxtiyar Bayramov deyir ki, “VAZ-2109” markalı, 16 BA 253 nömrə nişanlı maşından taksi kimi istifadə edirmiş.
Hadisə yerinə toplaşan Qax sakinləri deyirlər ki, sözügedən YPX rəisi sürücülərin canını boğazına yığıb: “Bu yeni rəis taksi sürücülərinə siqaret, “Redbull” aldırır. Əks halda həmin sürücününü işləməsinə imkan vermir”. Bildirilib ki, rayondan olan Qarabağ qaziləri hadisəyə etiraz olaraq aksiya keçirməyi planlaşdırırlar.
Meydan TV Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Kamran Əliyev məsələni araşdıracaqlarını bildirib: “Adətən bizə bu cür müraciətlər çox olur. Biz birinci araşdıraq görək həqiqətənmi vətəndaş haqsız yerə cərimələnib, məhkəmənin qərarı varmı və s. Etiraz olaraq avtomobilin yandırmasına bundan sonra fikir bildirmək olar. Mən indi baxıram, vətəndaş həmin avtomobili etibarnamə əsasında istifadə edir. Ancaq şəxsi məlumatları sizinlə bölüşə bilmərik. Bunun üçün şəxsin razılığı olmalıdır. Yalnız rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik”.
Qax rayon Polis İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















