Banner

Qarabağ kanalının üzərində yerləşən körpü qəzalı vəziyyətdədir - TƏHLÜKƏ/VİDEO

Gündəm 28 Noyabr 2021 23:43 Oxunub 3980
Qarabağ kanalının üzərində yerləşən körpü qəzalı vəziyyətdədir - TƏHLÜKƏ/VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə dəmir konstruksiya ilə qurulan körpü qəzalı vəziyyətə düşüb. Bu səbəbdən rayonun Qarayusifli kəndinin sakinləri hər gün təhlükə ilə üz-üzədirlər.

Kəndi iki hissəyə bölən Qarabağ kanalının üzərində yerləşən körpünün hər an uçmaq təhlükəsi var.

Xüsusilə qış aylarında vəziyət daha da təhlükəli olur.

Körpü Qarayusifli kəndini magistral avtomobil yoluna və digər yaşayış məntəqələrinə  birləşdirir. Təxminən  40 il əvvəl kənd sakinlərinin şəxsi təşəbbüsü və imkanları hesabına inşa edilmiş, hazırda isə standartlara cavab verməyən körpü ciddi təhlükə mənbəyinə çevrilib. Ensiz körpüdə avtomobillər çətinliklə hərəkət edir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən körpü qurumun balansında deyil.

Bərdə Rayon İcra Hakimiyətindən isə bildirilib ki, körpü sovetlər dönəmində kolxozun balansında olub. Hazırda isə onların tabeliyində deyil. Bir sözlə, körpüyə sahib çıxan tapılmır. Kəndə alternativ yol isə 6 km. aralıda olan körpüdən keçir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh