Qarabağa erməni qadın snayperlər gətirildi – FOTO+VİDEO

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər rayonlarına qadın snayperləri yollamağa başlayıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında xüsusi hazırlıq keçmiş bu qadın snayperlər Ağdərə, Füzuli, Cəbrayıl və Hadrut rayonlarındakı postlarda yerləşdirilirlər. Ayın əvvəlindən bəri Dağlıq Qarabağa Ermənistandan 19 qadın snayperin göndərildiyi iddia olunur. Onların əksəriyyəti Britaniyanın "Accuracy International" şirkətinin istehsalı olan "L96A1 Tross / Arctic Warfare" snayper tüfəngi ilə təmin olunub. Bununla yanaşı, erməni qadın snayperlərin yerdə qalan qismində Rusiya istehsalı olan OSV-96, V-94, SVD və SV-98 snayper tüfəngləri də var. Erməni qadın snayperlərin xidmət etdikləri hərbi hissələrə gəldikdə, onlar Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci, Nubaraşendəki 545-ci və İcevandakı 246-cı motoatıcı alaylarn hərbi qulluqçularıdır.
Qarabağa bu yaxınlarda Ermənistanın Sisyan şəhərindəki 2-ci motoatıcı briqadadan da bir neçə qadın snayperin göndəriləcəyi iddia olunur.
Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində Azərbaycan ordusunun erməni təxribatlarına cavab atəşləri nəticəsində ağır zərbələr alan ermənilər "snayper savaşı"nı yenidən bərpa etmək, bu minvalla mövqelərinin "təhlükəsizliyi"ni təmin etmək istəyirlər.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












