Qarabağa gedən iran maşınlarından rüsum alınıb? - RƏSMİ AÇIQLAMA

Bir neçə gündür mətbuat və sosial şəbəkələrdə Qarabağa gedən İrana məxsus yük maşınlarından gömrük rüsumu alınması ilə bağlı xəbərlər yayılır. Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu barədə açıqlma yayıb. Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı DGK bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Emin
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










