Qarabağda bu sahələrə işçi axtarılır: 1000- 1584 manat... - SİYAHI

Qarabağda müxtəlif sahələr üzrə vakansiyalar elan edilib. Avtosfer.az-ın məlumatına görə, “Laçın” İstirahət Kompleksinə orta təhsilli masajçı axtarılır.
Bu iş qarşılığında isə 900 manat maaş təklif olunur.
Daha bir vakansiya isə bank sahəsi üzrədir. Belə ki, "ACCESSBANK" QSC Mikro və aqro müştərilər üzrə kiçik mütəxəssis işi üçün ali təhsilli işçi axtarır.
25-45 yaş tələbi olan iş üçün 500-600 manat ödənilcəyi bildirilir.
“Dost Agropark” MMC isə Zəngilanda orta təhsilli şəxsləri 1000 manat qarşılığında traktor/kombayn sürücüsü işləməyə çağırır.
“Global İnteriors Group” MMC isə Cəbrayılda orta təhsilli şəxslər üçün sürücü – bekoloder işi üzrə vakansiya elan edib. Bu işin qarşılığında isə təklif olunan maaş 1584 manatdır.
Laçında isə “Yaşıl Enerji Elektrik Stansiyası” MMC (AZƏRENERJI) ali təhsilli mühəndislərə 1250 manat qarşılığında iş təklif edir. Bu vakansiya üçün yaş tələbi 25-55 yaş aralığıdır.
Vakansiyalar üçün işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük veriləcək.
CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












