Qarabağda əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkarlandı - VİDEO

Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ










