Qarabağda müharibə başladı, şiddətli döyüş gedir - YENİLƏNİB

Gündəm 26 Aprel 2016 02:49 Oxunub 66486
Qarabağda müharibə başladı, şiddətli döyüş gedir - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ordu birləşmələrimizin layiqli cavabı özünü gözlətməyib və nəticədə şiddətli döyüşlər başlayıb

"Qarabağda müharibə başladı. Ermənilər Rusiyadan aldığı dəstəklə hücuma keçib. Azərbaycan Ordusunun əsgərləri lazımi cavabı verir. Hazırda Ağdam istiqamətində şiddətli döyüşlər gedir". Bu dəqiqələrdə sosial şəbəkələrdə bir neçə nəfər tərəfindən bu tip statuslar paylaşılıb. Status müəllifləri iddia edirlər ki, cəbhə bölgəsində yaşayan yaxınları ermənilərin qəfil hücuma keçdiyini deyiblər. Ordu birləşmələrimizin layiqli cavabı özünü gözlətməyib və nəticədə şiddətli döyüşlər başlayıb. Maraqlıdır ki, yazılan şərhlərdə də bir çoxları cəbhə zonasında yaşadığını və xəbərin doğru olduğunu bildiriblər. Müşahidəçilər bunun Ərdoğanın səfərilə bağlı olduğunu, Rusiya tərəfindən təhdid xarakteri daşıdığını düşünürlər.

Avtosfer.az statuslardan birini təqdim edir: "Cəbhədə şiddətli döyüşlər gedir. Tərtərin Qapanlı kəndi ilə danışdım. Artilleriyanın səsindən telefonda danışılanı eşitmək olmurdu. Tanrı əsgərlərimizə kömək olsun!".

Musavat.com yerli qaynaqlara əsasən xəbər verir ki, ermənilərlə təmas xəttində şiddətli döyüşlər başlayıb. İlkin məlumata görə, Azərbaycanın erməni işğalı altında olan bölgələrindən düşmən silahlıları mövqelərimizə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır. Düşmənə layiqli cavab verilir. Tərtər-Ağdam istiqamətində hər iki tərəf ağır artilleriyadan istifadə etməklə, döyüş aparırlar. Sosial şəbəkələrdə də bölgələrdə yaşayan tanınmış fəallar şiddətli atışmaların başlanması barədə statuslar yazırlar. Döyüş saat 01 radələrində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması ilə başlayıb, hazırda da davam edir. Hərbi toqquşma və itkilərlə bağlı hələlik məlumat yoxdur.

Bu gün Ermənistan prezidenti Sərkisyan sülh danışıqlarını dayandırdıqlarını bəyan etmişdi. O, demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh