Qarabağda qan axır, bunların dərdinə bax: "Mercedes", məktub... - FOTO

Son vaxtlar Ermənistan mətbuatında iki əsas məsələ müzakirə edilir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bunlardan birincisi, müdafiə nazirinin müavininin hərbi texnika çatışmazlığı və ordudakı mövcud problemlər barədə məktubudur. İkincisi isə, nazir müavininin bu məktubu fonunda Müdafiə Nazirliyinin onlarla bahalı avtomobili, "Mercedes Benz - CLS-500" markalı avtomobilləri alması ilə bağlı xəbərdir. Belə avtomobillərin, digər "lüks" avtomobillərin birinin qiyməti 71 min avrodur. Ermənistan ictimaiyyəti Qarabağ cəbhəsində vəziyyətin həddən artıq gərginləşdiyi bir vaxtda bu hadisələri ciddi hiddət və qəzəblə qarşılayıb. Bu hadisələrdən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan parlamentə çağırıldı. Deputatlar ondan sadalanan məsələlərlə bağlı cavab verməyi tələb etdilər.
Parlamentdə, həmçinin vəzifəsindən azad edilmiş müdafiə nazirinin müavini Alik Mirzabekyanın Müdafiə Nazirliyinin 11.04.2016-cı il tarixli "Ordunun hərbi texnikasının acınacaqlı vəziyyəti barədə" məktub-məruzəsi müzakirə edilib. Parlamentarilər belə nəticəyə gəliblər ki, məruzə nazirlikdə tam öyrənilməyib və araşdırılmayıb, bunun nəticəsi isə Dağlıq Qarabağda uğursuzluq və çoxsaylı hərbi itkilərdir.



İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












