“Qarabağ”dan tarixi xal - FOTOLAR

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarına yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, ikinci matç günündə A,B,C,D qrupunun oyunları keçiriləcək. C qrupunda “Qarabağ” Bakı Olimpiya Stadionunda “Atletiko” Madridi qəbul edəcək. Qrupda digər oyun isə "Çelsi" və"Roma" arasında olacaq.
A qrupu
22:45. MOİK (Rusiya) - "Bazel" (İsveçrə)
22:45. "Benfika" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)
B qrupu
22:45. "Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya)
22:45. "Anderlext" (Belçika) - PSJ (Fransa)
C qrupu
20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (İspaniya)
22:45. "Çelsi" (İngiltərə) - "Roma" (İtaliya)
D qrupu
22:45. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
22:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yuventus)
***
Komandalar aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. ANsi Aqolli, 55. Bədavi Hüseynov.
“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo QOdin, 3. Filipe Luis, 7. ANtuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko, 14. Qabi, 16. Sime Vrsalijko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Mariya Ximenes.
***
Hakimin start fiti ilə oyun başladı.
Qeyd edək ki, oyunu 50 minə yaxın azarkeş stadiondan izləyir.
***
Matçın 53-cü dəqiqəsində Miçel, 59-cu dəqiqəsində isə Ndlovu sarı kartla cəzalandırıldı.
***
Görüşdə 70 dəqiqə geridə qaldı. Hələ ki, hesab açılmayıb.
***
75-ci dəqiqədə mübahisəli epizod olub. Belə ki, Ndlovu rəqib müdafiəçini keçərkən yerə yıxılıb. Hakim bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu ikinci sarı kartla cəzalandırıraq meydandan qovub.
***
Matç qolsuz başa çatıb. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












