"Qarabağ"ın azarkeşləri Bakı metrosuna maddi ziyan vurub - FOTO

Ötən gün Bakı metrosunda "Həzi Aslanov"-"Dərnəgül" xəttində 30 saylı marşrut üzrə hərəkət edən sərnişin vaqonuna ciddi ziyan vurulub. Avtosfer.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, hadisə ötən gün "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya daxil olan azarkeşlər tərəfindən törədilib. "Hadisə metronun 1 566 saylı vaqonunda baş verib. Qatar dünən "Həzi Aslanov"-"Dərnəgül" xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər", - deyə o, əlavə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















