Qaraçuxurda 9 maşından oğurluq edənlər saxlanılıb - FOTO

Qaraçuxur qəsəbəsində bir gecədə 9 avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək bildirib ki, fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisi oğurlanıb. Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü məlumat verərək nəqliyyat vasitələrindən akkumlyatorlar və pul oğurlandığını bildiriblər.
Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar - Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd etdiklərini etiraf ediblər. Saxlanılan şəxslər nəqliyyat vasitələrindən oğurladıqları əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















