Qaradağ dəmir yolu stansiyasında yeni yoldəyişən quraşdırılır - FOTO

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır. Bu barədə Avtosfer.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumatda həmçinin deyilir ki, yoldəyişənlərin quraşdırılmasına 2016-cı ilin sentyabr ayından başlanılıb. Bu işləri 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər həyata keçirir. “Əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq”, - deyə 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”nin direktor müavini Şəmsəddin Talıbov bildirib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













