Qardan bağlanan Blaband yolu açıldı – Lerikdə

Güclü külək Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 5-ci kilometrindən ayrılan Blaband kəndinə gedən yolu qarla doldurub. Avtosfer.az xəbər veriri ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, “Azəravtoyol” ASC-nin “52 saylı Yol İstismarı” MMC-nin xüsusi texnika və canlı qüvvəsi hadisə yerinə cəlb edilib: "Hazırda yol qardan təmizlənib və yolda avtomobillərin hərəkəti təmin edilib. Bakıda qarlı havalar geridə qalsa da, respublikanın ucqar dağ ərazilərində qar hələ də var. Bəzi hallarda qarlı-şaxtalı havalar ucqar dağ kəndlərinə gedən yollarda hərəkəti çətinləşdirir. Lakin “Azəravtoyol” ASC-nin yerli bölmələri ucqar kənd yollarında yaranan problemləri qısa müddət ərzində hava şəraitinə, istirahət və bayram günlərinə baxmadan, sutkanın istənilən saatında aradan qaldırırlar".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













