Qardaşının ad günündə sok almağa gedən bacını qatar vurdu - Şəmkirdə

Şəmkir rayonunda qatarın qadını vurması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü Pərvanə İsmayılovanın həyat yoldaşından boşandığı üçün özünü qatarın altına atdığı bildirilib. Ancaq 24 yaşlı qadın ərindən 2 il əvvəl boşanıb. Onun bu evlilikdən bir qızı və bir oğlu var. Bu gün isə P.İsmayılova ata evində qardaşının ad günü mərasimi keçirilərkən süfrəyə qoyulması üçün bəzi meyvə şirələri alınmalı olub. Anası bunun üçün onu mağazaya göndərib. Onun dəmir yolu reysinin üzərindən keçmək istəyərkən ehtiyatsız davrandığı və hərəkətdə olan yük qatarı tərəfindən vurulduğu ehtimal edilir. Bu baxımdan P.İsmayılovanın iki il əvvəl boşandığı həyat yoldaşına görə özünü qatarın altına atması həqiqətə uyğun deyil.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı yaxınların və hadisə şahidlərinin ifadələri alınır və istintaq aparılır.
Qeyd edək ki, P.İsmayılova ağır bədən xəsarətləri alıb və hazırda Gəncə şəhərindəki xəstəxanalardan birində müalicə olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












