Qarlı hava Bakı aeroportunun işinə təsir etməyib

Bu gün Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Aeroportdan "Report"a verilən məlumata görə, təyyarələrin hərəkət qrafikində hava şəraiti ilə əlaqədar heç bir dəyişiklik edilməyib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeronda bu gün bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı barədə məlumat verib.
Paytaxt və yarımadada şimal-qərb küləyi 15-20 metr/saniyə, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək. Xəbərdarlığa görə, dekabrın 8-də Bakı və Abşeronda güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu -3-0 dərəcə şaxta təşkil edəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












